Azərbaycan çempionatının 5 ən gənc futbolçusu açıqlandı

Azərbaycan çempionatının 5 ən gənc futbolçusu açıqlandı

Hazırda oxunan: Azərbaycan çempionatının 5 ən gənc futbolçusu açıqlandı

172338

Misli Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısında 18 yaşadək iki futbolçu meydana çıxıb. 

Bizim.Media xəbər verir ki, ilk iki dövrənin hər iki gənc oyunçusu “Sumqayıt”ın üzvüdür.

İlk turda şans qazanan Nihad Əhmədzadə mövsümün ən gənc futbolçusudur. Sənan Muradlı isə bu siyahıda ikincidir. Onlardan başqa daha bir futbolçu 19 yaşadək Premyer Liqa matçına çıxıb.

Bu, “Turan Tovuz”un oyunçusu Cavid Qasımovdur.

Mövsümün 5 ən gənc futbolçusu:

1. Nihad Əhmədzadə (“Sumqayıt”) – 17 yaş 12 gün
05.08.2023. Səbail – Sumqayıt – 1:4

2. Sənan Muradlı (“Sumqayıt”) – 17 yaş 338 gün
08.12.2023. Sumqayıt – Qarabağ – 1:6

3. Cavid Qasımov (“Turan Tovuz”) – 18 yaş 58 gün
28.10.2023. Turan Tovuz – Kəpəz – 4:0

4. Cavad Kərimov (“Kəpəz”) – 19 yaş 20 gün
06.08.2023. Kəpəz – Neftçi – 1:0

5. Nəriman Axundzadə (“Qarabağ”) – 19 yaş 104 gün
05.08.2023. Qarabağ – Zirə - 0:1

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO