Birinci Liqa klubu 9 futbolçunu göndərdi

Birinci Liqa klubu 9 futbolçunu göndərdi

Hazırda oxunan: Birinci Liqa klubu 9 futbolçunu göndərdi

172140

I Liqada mübarizə aparan "Difai Ağsu" 9 futbolçusu ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Elçin Əliyev, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı və Tural Əmirhüseynovla yola davam etməyəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onların hər biri ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Difai Ağsu" I Liqada 12 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO