Runi istefaya göndərildi

Runi istefaya göndərildi

Hazırda oxunan: Runi istefaya göndərildi

171824

Ueyn Runi “Birmingem”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.  

Bizim Media “Mirror”a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi komandanın pis nəticələrinə görə ingiltərəli mütəxəssislə yollarını ayırıb.  

Klubun yaxın vaxtlarda rəsmi açıqlama yayacağı gözlənilir. Ueyn Runi 2023-cü ilin oktyabrından “Birmingem”i çalışdırırdı.

Komanda onun rəhbərliyi altında 15 oyun keçirib, 2 qələbə qazanıb, 3 matçda uduzub və 4 oyunda heç-heçə edib. “Birmingem” hazırda Çempionşipin turnir cədvəlində 20-ci yerdədir.
Dünə komanda səfərdə “Lids”ə 0:3 hesabı ilə uduzub. “Birmingem” ardıcıl 5 rəsmi oyundur ki, qələbə qazana bilmir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO