"Roma" azarkeşlərin narazılığına görə onun transferindən imtina etdi

Hazırda oxunan: "Roma" azarkeşlərin narazılığına görə onun transferindən imtina etdi

171436

“Roma” rəhbərliyi  “Yuventus”un keçmiş müdafiəçisi, hazırda "Union"da (Berlin) çıxış edən Leonardo Bonuççini almaq fikrindən imtina edib.

Bizim.Media “Football Italia”ya istinadən xəbər verir ki, buna azarkeşlərin kluba təzyiqi səbəb olub. 

Kütləvi narazılıqlardan sonra Turin təmsilçisi 36 yaşlı müdafiəçi ilə müqavilə imzalamaq barədə fikirlərini dəyişib.

Xatırladaq ki, daha əvvəl mətbuatda "Roma"nın zədəli olan əsas mərkəz müdafiəçisi Kris Smollinqin əvəzləyicisi kimi Bonuççini transfer etmək istədiyi barədə xəbər yayılmışdı.

Əlavə edək ki, L.Bonuççi bu ilin sentyabrından "Union"da oynayır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO