“Qəbələ” “Neftçi”nin futbolçusu ilə danışıqlara başladı

“Qəbələ” “Neftçi”nin futbolçusu ilə danışıqlara başladı

Hazırda oxunan: “Qəbələ” “Neftçi”nin futbolçusu ilə danışıqlara başladı

171150

“Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı qış fasiləsindən sonra başqa komandada oynayacaq.

Bizim Media xəbər verir ki, “ağ-qaralar”ın müdafiəçisinə daha bir klubdan təklif gəlib. “Kəpəz”in transfer siyahısında yer almış İsmayılı “Qəbələ” də heyətinə qatmaq niyyətindədir.  

Bölgə klubunun çalışdırıcısı Elmar Baxşıyev 22 yaşlı futbolçunu sərəncamında görmək istəyir. Futbolçu və məxsus olduğu klubla danışıqlara start verilib. 
Onun “Kəpəz”ə, yoxsa “Qəbələ”yə keçəcəyi yaxın günlərdə dəqiqləşəcək. Qeyd edək ki, “Neftçi”nin yetirməsinin bu klubla müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Bizim.Media, Rəşad Rafiqoğlu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO