Minifutbol üzrə Azərbaycan çempionatında IV tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.
Çempionluğa iddialılar “Birbaşa Bakı” və “Zirə” ardıcıl 4-cü qələbəni qazanıblar. Əsas diqqətçəkən məqam Azərbaycan futbol millisinin sabiq üzvlərindən ibarət olan “İnter”in “Zirə”yə məğlubiyyəti olub.
Qeyd edək ki, turun “Baku Fire” – “Qalaxy Bakı” (1:4), “Atəşgah" - "Aznur” (5:1), “Odlar Yurdu” – “Sumqayıt” (2:1), “Real Bakı” – “Dirçəliş” (6:2) matçları bir gün əvvəl keçirilib.
Azərbaycan çempionatı
IV tur
“Veteran” – “Turan” 3:2
“Zirə” – “İnter” 5:2
“Dinamo Gəncə” – “Abşeron” 5:7
“Birbaşa Bakı” – “Siyəzən” 11:1
Xal durumu: “Birbaşa Bakı”, “Zirə” – 12, “Odlar Yurdu – 9, “Aznur”, “Qalaxy Bakı”, “Real Bakı”, “Veteran”, “Abşeron” – 7, “Dinamo Gəncə” – 6, “Turan” – 5, “İnter”, “Atəşgah Suraxanı” – 4, “Dirçəliş” – 3, “Baku Fire” – 1, “Siyəzən”, “Sumqayıt” – 0.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:57 / 28.12.2023
Liderlər turu qələbə ilə BAŞA VURDU
Hazırda oxunan: Liderlər turu qələbə ilə BAŞA VURDU
Hazırda oxunan: Liderlər turu qələbə ilə BAŞA VURDU
171148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.