Macarıstan klubu “Qarabağ”ın legioneri ilə maraqlanır

Macarıstan klubu “Qarabağ”ın legioneri ilə maraqlanır

Hazırda oxunan: Macarıstan klubu “Qarabağ”ın legioneri ilə maraqlanır

170805

“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao ilə maraqlanan klubların sayı artmaqdadır. 

Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu Avropada daha bir komandanın diqqətini cəlb edib.

Danimarka “Kopenhagen”indən başqa Macarıstanın “Ferentsvaroş” klubu da 25 yaşlı orta sahə oyunçusunu heyətə qatmağı düşünür. 

Macarlar hətta qarşı tərəflə ilkin təmasa keçərək, təklif də göndəriblər. Romaonun gələcək karyerası “Qarabağ” rəhbərliyindən asılı olacaq. 

Qeyd edək ki, dayaq yarımmüdafiəçisinin Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Ferentsvaroş” bu ilin yanvarında Ovusu Kvabenanı da ağdamlılardan yarım milyon avro ödəyərək transfer etmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO