“Araz Naxçıvan”ın hazırlıq planı məlum oldu

“Araz Naxçıvan”ın hazırlıq planı məlum oldu

Hazırda oxunan: “Araz Naxçıvan”ın hazırlıq planı məlum oldu

170746

Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub. 

Bizim.Media xəbər verir ki, komanda gələn il yanvarın 5-də bir araya gələcək. 

Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq. Matçın başlama saatı və keçiriləcəyi məkanla bağlı məlumat veriləcək.
Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələdə ikinci mərhələyə start verəcək. Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək.

Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Misli Premyer Liqasının XIX turu çərçivəsində “Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO