“Neftçi”nin yeni baş məşqçi bəlli oldu

“Neftçi”nin yeni baş məşqçi bəlli oldu

Hazırda oxunan: “Neftçi”nin yeni baş məşqçi bəlli oldu

170566

"Neftçi" komandasının baş məşqçisi dəyişib.

Bizim.Media paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyall Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Onu bu postda  monteneqrolu mütəxəssis Miodraq Bojoviç əvəzləyəcək. 55 yaşlı yeni baş məşqçi “Belqrad”, “Boraç”, “Obiliç”, “Hayduk” (Belqrad), AEK (Pafos), “Buduçnost”, “Qrbal”, “Amkar” (Perm), “Moska”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Srvena Zvezda”, “Krılya Sovetov” kimi klublarda da baş məşqçi olub. 

Qeyd edək ki, Mutu mövsümün əvvəlindən "ağ-qaralar"ın sükanı arxasında idi.

Xatırladaq ki, bu gün “Neftçi” PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar diləyib, anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO