Klublararası dünya çempionatında bürünc medalı onlar qazandılar

Klublararası dünya çempionatında bürünc medalı onlar qazandılar

Hazırda oxunan: Klublararası dünya çempionatında bürünc medalı onlar qazandılar

170348

Səudiyyə Ərəbistanının Ciddə şəhərində klublararası dünya çempionatının 3-cü yer uğrunda oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Yaponiyanın “Urava Red Diamonds” və Misirin “Əl-Əhli” klubları qarşılaşıb. 

Matç "Əl-Əhli"nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Urava Red Daymonds” - “Əl-Əhli” - 2:4

Qollar: İbrahim, 19 (0:1), Tau, 25 (0:2), Kante, 43 (1:2), Şolz, 54 (2:2), Konduemi, 60 (2:3), Malul, 90+8 (2:4)

Beləliklə Misir təmsilçisi bürünc medalın sahibi olub.

Yarımfinalda "Əl Əhli" "Fluminense"yə 0:2, "Urava Red Daymonds"  "Mançester Siti"yə 0:3 hesabı ilə uduzmuşdu.

Klublararası dünya çempionatının finalında İngiltərənin “Mançester Siti” və Braziliyanın “Fluminense” klubları qarşılaşacaq. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO