Millimizin qapıçısı oynadı, komandası məğlubiyyətdən xilas oldu

Millimizin qapıçısı oynadı, komandası məğlubiyyətdən xilas oldu

Hazırda oxunan: Millimizin qapıçısı oynadı, komandası məğlubiyyətdən xilas oldu

169838

Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında bir xal qazanıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı “Qaziantəp”lə səfər matçında heç-heçəyə sevinib. 

Şahruddinin formasını geyindiyi “Adana Dəmirspor” rəqib meydançasında əzimkar oyun nümayiş etdirib. “Qaziantəp” 2:0 hesabı ilə önə keçsə də, qonaq komanda iki qol vurmağı bacarıb. 
90 dəqiqə meydanda olan Məhəmmədəliyev Adana klubuna iki məğlubiyyətdən sonra xal qazanmaqda kömək edib.

Qeyd edək ki, Şahruddin Türkiyə Superliqasında 4-cü oyununu keçirib. İlk üç qarşılaşmada məğlubiyyət acısı yaşayan qapıçımız bu dəfə meydanı 1 xalla tərk edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO