Qurban Qurbanovdan “Neftçi”nin “Qarabağ”ı təbrik etməməsinə REAKSİYA

Qurban Qurbanovdan “Neftçi”nin “Qarabağ”ı təbrik etməməsinə REAKSİYA

Hazırda oxunan: Qurban Qurbanovdan “Neftçi”nin “Qarabağ”ı təbrik etməməsinə REAKSİYA

169650

"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter gəöstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. "Neftçi"yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. "Neftçi" kollektivi baş məşqçinin tapşırığını yerinə yetirdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 17-ci turunda evdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Daha sonra baş məşqçi media nümayəndələrinin suallarını cavablandırıb.

Jurnalistin “həftəiçi tarixi qələbədən sonra "Neftçi" istisna olmaqla bütün klublar "Qarabağ"ı sosial şəbəkə hesabında təbrik etdi.

Bu, sizin üçün xüsusi motivasiya oldu?” sualına Q. Qurbanov belə cavab verib:

“Tam bilmirəm. Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Böyüdüləsi bir şey görmürəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO