"Ronaldodan forma istədim, "yox" dedi" - FOTO

Hazırda oxunan: "Ronaldodan forma istədim, "yox" dedi" - FOTO

16913

“Atalanta”nın sol cinah müdafiəçisi Robin Qosens, "Yuventus" un ulduzu Kriştiano Ronaldodan formasını istəsə də “yox” cavabı alıb. 

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Robin Qosens kitabında məlumat verib.

25 yaşlı futbolçu kitabında Ronaldonun onu utandırmasından bəhs edib.  

O, bildirib ki, Ronaldodan forma almaq xəyalı olub:

“Yuventus”la oyunumuzun ardından Ronaldonun formasını almaq xəyalımı gerçəkləşdirmək istədim. Nəticəni qeyd etmək üçün azarkeşlərin yanına belə getmədən Ronaldoya yaxınlaşıb, dedim ki, “Kriştiano, formanı götürə bilərəmmi?”.

Mənim üzümə baxmadı belə… Sadəcə “yox” dedi. Tamamilə qızardım və  xəcalət çəkdim. "Oradan uzaqlaşdım, amma özümü alçaldılmış hiss etdim”  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO