Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək - FOTO

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək - FOTO

Hazırda oxunan: Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək - FOTO

169079

15-17 dekabrda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. 

Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Çempionatın ilk günündə qadınlar arasında -48 kq. və -63 kq. çəkilərdə kişilər arasında -60 kq. və -81 kq. çəkilərdə, ikinci günündə qadınlar arasında -52 kq. və -70 kq., kişilər arasında -66 kq. və -90 kq. çəkilərdə, sonuncu günündə isə qadınlar arasında -57 kq., -78 kq. və +78 kq., kişilər arasında -73 kq., -100 kq. və +100 kq. çəkilərdə qaliblər müəyyənləşəcək.


Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO