Sxadadze Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə NAMİZƏDDİR

Sxadadze Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə NAMİZƏDDİR

Hazırda oxunan: Sxadadze Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə NAMİZƏDDİR

168886

AFFA millinin baş məşqçisi vəzifəsinə axtarışlarını davam etdirir.

Bizim.Media qol.az-a istinadən xəbər verir ki, federasiyaya təklif olunan mütəxəssislər arasında Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Sxadadze də var. 

Onunla ilkin danışıqlar da olub. Lakin danışıqların birbaşa AFFA rəhbərliyi deyil, menecerlər vasitəsi ilə aparıldığı bildirilir.

Gürcüstanlı məşqçinin millini çalışdırmaq ehtimalı az deyil. Buna əsas səbəb kimi Sxadadzenin uzun illər Azərbaycan Premyer Liqasında çalışması və yerli mentalitetə bələd olmasıdır. Sxadadze özü də bugünlərdə mediaya açıqlamasında Azərbaycandan millisinin baş məşqçisi vəzifəsi ilə bağlı Azərbaycandan ona müraciət olunduğunu söyləyib.

Qeyd edək ki, K.Sxadadze  2009-2014-cü illər aralığında Bakı "İnter"ini (indiki "Keşlə") çalışdırıb. Onun son iş yeri Qazaxıstanın "Kaspiy" klubu olub. O, 2015-16-cı illərdə Gürcüstanın əsas millisinin baş məşqçisi işləyib.
Xatırladaq ki, AFFA noyabrda millinin baş məşqçi Canni De Byazi ilə yolları ayırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO