\

\"Mançester Yunayted\"in hücumçusu Cerrardın komandasına keçir

Hazırda oxunan: \"Mançester Yunayted\"in hücumçusu Cerrardın komandasına keçir

168739

Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu qış transfer pəncərəsində "Mançester Yunayted"in hücumçusu Antoni Marsialı almağı planlaşdırır.

Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, ərəblər bu transfer üçün qarşı tərəfə 10 milyon avro verməyə hazır olduğunu açıqlayıb.

İngiltərə mətbuatı "Mançester Yunayted"in fransız hücumçu ilə vidalaşacağını yazıb. Marsialın klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, Marsial bu mövsüm “Mançester Yunayted”də 19 matça 2 qol vurub və 2 məhsuldar ötürmə verib. 

Əlavə edək ki, "Əl-İttifaq"ın baş məşqçisi "Liverpul" və İngiltərə millisinin sabiq üzvü Stiven Cerrardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO