“Xarı Bülbül” mövsümdə ilk məğlubiyyətini ALDI 

“Xarı Bülbül” mövsümdə ilk məğlubiyyətini ALDI 

Hazırda oxunan: “Xarı Bülbül” mövsümdə ilk məğlubiyyətini ALDI 

168453

Kişi voleybolçular arasında Azərbaycan çempionatında daha 2 oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, günə “Murov AZ Terminal” - “Xarı Bülbül Şuşa” matçı ilə start verilib. 

Gözlənildiyi kimi, görüş gərgin mübarizə şəraitində keçib. 

Üç oyunda maksimum nəticə göstərən “Xarı Bülbül Şuşa” hesabda iki dəfə önə keçib. Amma “Murov AZ Terminal” əzimkar qələbə qazanaraq, rəqibə ilk məğlubiyyəti yaşadıb. Ardınca “Azərreyl” “Xarı Bülbül Laçın”la üz-üzə gəlib. Son turda məğlubiyyətə üzülən “dəmiryolçular” bu dəfə qələbə qazanıblar. Hər üç setdə qələbə qazanan komanda 1-ci pilləyə yüksəlib.

Yüksək Liqa

10 dekabr

15:00. “Murov AZ Terminal” - “Xarı Bülbül Şuşa” - 3:2 (22:25, 25:22, 19:25, 25:16, 16:14)

GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - “Xarı Bülbül Laçın” - 3:0 (26:24, 25:20, 25:20)

GİN-in Voleybol Mərkəzi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO