Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk qarşılaşmasında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nın qonağı olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan matça Vüqar Əliyevin yetirmələri üstün başlasa da sonda sevinən Gəncə təmsilçisi olub. 3:1 hesabı ilə qalib gələn “Gəncə” klubu bu qələbədən sonra turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Turun növbəti oyunu isə “Murov Az Terminal”ın idman zalında keçirilib. Burada “Azərreyl” komandası UNEC-lə üz-üzə gəlib. Tələbərə hər üç setdə qalib gələn Cengiz Akarçeşmenin yetirmələri xallarının sayını 12-yə çatdırıblar.
Beləliklə, “Abşeron” və “Azərreyl” hərəyə 12 xalla turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Murov Az Terminal” 9 xalla 3-cü, “Gəncə” 6 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci pillədə qərarlaşıb. Sonuncu yerdə olan UNEC-in isə xalı yoxdur.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:45 / 09.12.2023
“Azərreyl” və “Gəncə” qələbə QAZANDI
Hazırda oxunan: “Azərreyl” və “Gəncə” qələbə QAZANDI
Hazırda oxunan: “Azərreyl” və “Gəncə” qələbə QAZANDI
168299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.