Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal QAZANDI

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal QAZANDI

Hazırda oxunan: Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal QAZANDI

167107

Azərbaycanın iki cüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində medal qazanıb.

Bizim.Media xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

O, finalda yaponiyalı Soişi Haşimotonu məğlub edib.

81 kiloqram çəkidə mübarizə aparan Zelim Tçkayev isə üçüncü yer uğrunda görüşdə Tacikistan təmsilçisi Somon Maxmadbekov üzərində qələbə qazanaraq bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu gün tatamiyə çıxan Rəşid Məmmədəliyev (73 kiloqram), Səid Mollayi (81 kiloqram), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kiloqram) və Açelya Toprak (57 kiloqram) isə yarışı medalsız başa vurublar.

Azərbaycan millisi Böyük Dəbilqə turnirində 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO