“Xarı Bülbül” Avrokuboklarda mübarizəni DAYANDIRDI

“Xarı Bülbül” Avrokuboklarda mübarizəni DAYANDIRDI

Hazırda oxunan: “Xarı Bülbül” Avrokuboklarda mübarizəni DAYANDIRDI

166785

Kişi voleybolçulardan ibarət Azərbaycanın “Xarı Bülbül Şuşa” klubu bu gün Çağırış kubokunda mübarizəni dayandırıb. 

Bizim.Media xəbər verir ki, Ziya Rəcəbovun komandası 1/16 final mərhələsinin cavab qarşılaşmasında Yunanıstan “Panatinaikos”unun qonağı olub. 

Bakıda keçirilən ilk oyunda 0:3 hesabı ilə uduzan “Xarı Bülbül Şuşa” səfərdə də rəqibi ilə bacarmayıb. 
Təmsilçimizin gücü bir setdə qələbə qazanmağa çatıb. Yekunda 3:1 hesabı ilə üstün olan meydan sahibləri növbəti mərhələyə yüksəliblər.

Çağırış kuboku

1/16 final, cavab oyunu

29 noyabr

22:30. “Panatinaikos” (Yunanıstan) – “Xarı Bülbül Şuşa” (Azərbaycan) - 3:1 (25:16, 25:12, 23:25, 25:16)

Hakimlər: Kristian Botezatu (Rumıniya), Fransisko Moratilla (İspaniya)

Afina. "Qazqas"

İlk oyun - 3:0

Qeyd edək ki, “Xarı Bülbül Şuşa” turnirin 1/32 finalının hər iki oyununda “Spartak”ı (Slovakiya) məğlub edib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO