“Bursaspor” futbol klubu fəaliyyətini dayandıracaq?

“Bursaspor” futbol klubu fəaliyyətini dayandıracaq?

Hazırda oxunan: “Bursaspor” futbol klubu fəaliyyətini dayandıracaq?

166504

Türkiyənin “Bursaspor” futbol klubu fəaliyyətini dayandıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin prezidenti Recep Günay mətbuat konfransında məlumat verib.

Funksioner bildirib ki, tarixi klub dağılmaq təhlükəsi ilə üz-üzə qalıb:

“Bursaspor”un 1,5 milyard TL borcu var. Kluba transfer qadağası qoyulub. Yeni oyunçular ala bilmirik. UEFA və İdman Arbitraj Məhkəməsinə müraciət etmişik. Çıxarılacaq qərar əleyhimizə olarsa, xallarımız silinəcək. Klubun fəaliyyətini davam etdirmək şansı sıfıra bərabərdir”.

Qeyd edək ki, “Bursaspor” klubu 1963-cü ildə yaradılıb. Komanda 1986-cı ildə Türkiyə Kubokunun, 2009/2010-cu illər mövsümündə isə Superliqanın qalibi olub.

Azərbaycan millisinin və “Sabah”ın yarımmüdafiəçisi Namik Ələskərov 2021/2022-ci illər mövsümündə Bursa təmsilçisinin formasını geyinib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO