“Qarabağ”ın Norveçdə “Molde”yə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl son məşqi Bakıda baş tutacaq.
Bizim.Media xəbər verir ki, “köhlən atlar”ın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 28-də, saat 18:30-da “Azərsun Arena”da gerçəkləşəcək hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə təşkil olunacaq mətbuat konfransı Norveçdə reallaşacaq.
Noyabrın 29-na planlaşdırılan tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
18:00 / 27.11.2023
“Qarabağ” “Molde” ilə görüşdən öncə son MƏŞQİNƏ ÇIXACAQ
Hazırda oxunan: “Qarabağ” “Molde” ilə görüşdən öncə son MƏŞQİNƏ ÇIXACAQ
Hazırda oxunan: “Qarabağ” “Molde” ilə görüşdən öncə son MƏŞQİNƏ ÇIXACAQ
166363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.