FİFA Rusiya futbolçularının pulunu vermir - SƏBƏB

FİFA Rusiya futbolçularının pulunu vermir - SƏBƏB

Hazırda oxunan: FİFA Rusiya futbolçularının pulunu vermir - SƏBƏB

166151

Beynəlxalq Futbol Federasiyası (FİFA) sanksiyalara görə Rusiya Premyer Liqası (RPL) klublarına futbolçularının 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirakı üçün pul göndərmir.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Rusiya Futbol İttifaqının (RFU) baş katibi Maksim Mitrofanov məlumat verib.

Onun sözlərinə görə, hələlik oyunçuların 2022-ci il Dünya Çempionatında iştirakı üçün pul bloklanıb:

“Klublarımız sanksiyaya məruz qaldığı üçün FİFA bu pulu göndərmir”.

Oktyabr ayında FİFA futbolçuların Qətərdə keçirilən dünya çempionatında iştirakına görə klublara 209 milyon dollar təzminat ödəyəcəyini bildirmişdi. Qeyd olunub ki, futbolçunun dünya çempionatından əvvəlki iki ildə çıxış etdiyi bütün klublara təzminat ödəniləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO