Türkiyədə Superliqanın 12-ci turunun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” səfərdə “İstanbulspor”la qarşılaşıb. Dadaşovun komandası bu matçda 2:1 qalib gəlib.
Meydana start heyətində çıxan olan Dadaşov 48-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+7-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb. "Hatayspor" 17 xalla 9-cu pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media