Bakıda beynəlxalq futsal turniri keçiriləcək

Bakıda beynəlxalq futsal turniri keçiriləcək

Hazırda oxunan: Bakıda beynəlxalq futsal turniri keçiriləcək

166011

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək. Turnirdə Azərbaycanın, Belarusun və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaq. 

Bizim.Media xəbər verir ki, noyabrın 26-da start götürəcək turnirə 30-da yekun vurulacaq. 

Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq. Turnirin təqvimini və oyunları idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:

Azərbaycan – Belarus

26 noyabr. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov

Azərbaycan – Mərakeş

28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı
Mərakeş – Belarus

30 noyabr. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO