“Gəncə” mövsümdə ilk qələbəsini qazandı - FOTO 

Hazırda oxunan: “Gəncə” mövsümdə ilk qələbəsini qazandı - FOTO 

164998

18 noyabr Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun növbəti oyunu baş tutub.  

Bizim.Media xəbər verir ki, "Gəncə" klubu doğma azarkeşləri önündə "Xırdalan" basketbolçularını qəbul edib.  

Oyunun sonlarına yaxın üstünlüyünü möhkəmləndirən "Gəncə", rəqibi üzərində 88-74 hesablı qələbə qazanıb. Bu gəncəlilərin çempionatda ilk qələbəsi olub.  

Ən məhsuldar basketbolçular: "Gəncə" (İrşad Hant - 26 xal, 13 ribaund), "Xırdalan" (Cessi Qi - 21 xal, 5 asist)  

Qeyd edək ki, 4 -cü turun növbəti oyunları ("Şəki" - "Cəlilabad", "Sabah" - "Sərhədçi") 19 noyabr tarixində baş tutacaq. 



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO