Belçika millisinin baş məşqçisi: “Azərbaycan çox ciddi rəqibdir” 

Belçika millisinin baş məşqçisi: “Azərbaycan çox ciddi rəqibdir” 

Hazırda oxunan: Belçika millisinin baş məşqçisi: “Azərbaycan çox ciddi rəqibdir” 

164988

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Azərbaycan millisi ilə AÇ-2024-ün seçmə oyunu ərəfəsində mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis komandamızı tərifləyib:  

“Azərbaycan çox ciddi rəqibdir. İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdilər. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq. Start “11-liy”i haqda heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik”. 
Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO