"De Byazinin fatihəsini verincə ona uğurlar arzulayaq" - Rövnəq Abdullayev 

Hazırda oxunan: "De Byazinin fatihəsini verincə ona uğurlar arzulayaq" - Rövnəq Abdullayev 

164726

"Azərbaycan futbolunun ən vacib oyunlarından biri idi. Futbolçularımızı təbrik etdim, sizləri də təbrik edirəm. Axır ki futbolçularımız bizi sevindirdilər". 

Bizim.Media xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev milli komandamızın Avro-2024-ün seçmə mərhələsində İsveçi 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra jurnalistlərə açıqlamasında deyib.  

O, bu qələbənin Azərbaycan futbolunda dönüş olacağına inandığını deyib:

"Komandamız çox gözəl qələbə qazandı. İnanıram ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq. Hazırda milli çempionatımız da çox maraqlı keçir. Liderlə autdayder arasında ciddi fərq yoxdur. Hər komanda digərindən xal ala bilir". 

"De Byazi bu qələbə sayəsində millidə qala bilərmi?" sualını AFFA prezidenti belə cavablandırıb:

"Hazırda bu məsələ müzakirə olunmur. De Byazi ilə bağlı qərarı İcraiyyə Komitəsi qəbul edəcək. De Byazinin fatihəsini verincə ona uğurlar arzulayaq. İstərdik ki, millimiz Belçikaya qarşı da bu cür istəkli oynasın". 

R.Abdullayev martda keçirilməli olan AFFA prezidentliyinə seçkilər barədə də danışmayıb:

"Marta hələ çox var. O vaxta qədər yaşamaq lazımdır". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO