Millimizdən möhtəşəm qələbə - VİDEO 

Millimizdən möhtəşəm qələbə - VİDEO 

Hazırda oxunan: Millimizdən möhtəşəm qələbə - VİDEO 

164715

Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveç yığmasını qəbul edib.  

Bizim.Media xəbər verir ki, futbolçularımız oyuna əla başlayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

AVRO-2024: Millimiz İsveçlə oyunda 6 dəqiqəyə 2 qol vurub - VİDEO 


Belə ki, komandamız 6 dəqiqəyə 2 qol vurub. Əvvəlcə Emin Mahmudov, sonra Renat Dadaşov fərqlənib. 

İkinci hissədə Bəhlul Mustafazadənin qırmızı vərəqə almasına görə yığmamız təxminən 30 dəqiqə azlıqda oynayıb. Ancaq nəinki qol buraxmayıb, əksinə 3-cü qolu vurub.  

Emin Mahmudov uzaqdan möhtəşəm zərbə ilə dubl edib.

Beləliklə millimiz İsveç millisini 3-0 hesabı ilə məğlub edib. 

Avro-2024, seçmə mərhələ, 9-cu tur 

16 noyabr 

21:00 Azərbaycan - İsveç - 3:0  

Qol: Emin Mahmudov, 3, Renat Dadaşov, 6, Emin Mahmudov, 89 

Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57 (Azərbaycan) 

Baş hakim: Ester Ştaubli (İsveçrə) 

Tofiq Bəhramov adına Respublika Stadionu 

Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO