“Kəpəz” legioner hücumçu ilə danışıq aparır

“Kəpəz” legioner hücumçu ilə danışıq aparır

Hazırda oxunan: “Kəpəz” legioner hücumçu ilə danışıq aparır

164711

“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.  

Bizim.Media xəbər verir ki, söhbət Syerro Leonedən olan hücumçu Junior Karqbodan gedir.

Qeyd edək ki, Juniorun atası vaxtilə Azərbaycanda oynayıb. Bu “Bakı” klubundan yaxşı tanıdığımız İbrahim Karqbodur. Elə futbolçu karyerasına da Junior “Bakı”nın futbol akademiyasında başlayıb.
Onun son klubu isə Xorvatiyanın “Solin” komandası olub. Forvard həmçinin Ukraynanın “Dinamo” Kiyev və “Olimpik” klublarında da çıxış edib. Hazırda baxışda olan Junior Karqbonun “Kəpəz”də qalıb-qalmaması yaxın günlərdə müəyyənləşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO