“Neftçi”nin futbolçusu yenidən Azərbaycana QAYIDIR 

“Neftçi”nin futbolçusu yenidən Azərbaycana QAYIDIR 

Hazırda oxunan: “Neftçi”nin futbolçusu yenidən Azərbaycana QAYIDIR 

164329

21 yaşlılardan ibarət yığma komandamızın üzvü, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli qışdan sonra karyerasını Premyer Liqada davam etdirə bilər.  

Bizim.Media xəbər verir ki, Latviyanın “Dauqavpils” klubunda icarə əsasında bir il keçirmiş Nəsirli “Neftçi”yə qayıdacaq.  

Paytaxt klubunun Nəsirlini qış toplanışına cəlb edəcəyi də gözlənilir. 

Qeyd edək ki, “Turan Tovuz” və “Kəpəz” klubları isə Ramini heyətinə qatmaq istəyir. Futbolçu “Neftçi”yə qayıtdıqdan sonra bu haqda onunla danışıqlar aparılacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO