Azərbaycanlı döyüşçü rusiyalı həmkarı ilə bərabərə qaldı - FOTO

Azərbaycanlı döyüşçü rusiyalı həmkarı ilə bərabərə qaldı - FOTO

Hazırda oxunan: Azərbaycanlı döyüşçü rusiyalı həmkarı ilə bərabərə qaldı - FOTO

164015

Azərbaycanın qarışıq döyüş növləri üzrə döyüşçüsü Nazim Sadıqov UFC-də üçüncü görüşünü keçirib.

Bizim.Media xəbər verir  ki, o, Nyu-Yorkun məşhur "Madison Square Garden" meydanında təşkil olunan böyük "UFC 295" turnirində rusiyalı Vyaçeslav Borşçevlə qarşılaşıb.

Sadıqov Borşçevə qarşı döyüşə olduqca fəal başlayıb. İlk dəqiqənin sonunda o, rusiyalıdan güclü zərbə alsa da, müvazinətini itirməyib. Sonrakı dəqiqələrdə həmyerlimiz rəqibin kəskin zərbələrindən qaçaraq qarşılıq verməyi bacarıb.
İkinci raunda Nazim hücumla başlayıb: aşağıya, bədənə güclü zərbələr və baş nahiyəsinə ardıcıl hücumlar edib.

Raundun ortalarında Nazimin ağır zərbəsinə Borşçev tab gətirə bilməyərək yıxılıb. Möcüzə nəticəsində rus döyüşü oyunu davam etdirib, lakin Sadıqovun dirsək zərbəsindən sonra onun üzü qana boyanıb.

Üçüncü raund daha sakit başlayıb. Nazim döyüşə həyacan qatmağı bacarıb, lakin Borşçev əks-hücumlarla cavabı ləngitməyib.

Nəticədə hakimlərin qərarı ilə döyüş heç-heçə başa çatıb.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO