“Qarabağ”ın legioneri Monteneqro millisinə ÇAĞIRILDI 

“Qarabağ”ın legioneri Monteneqro millisinə ÇAĞIRILDI 

Hazırda oxunan: “Qarabağ”ın legioneri Monteneqro millisinə ÇAĞIRILDI 

163256

“Qarabağ”ın futbolçusu Marko Yankoviç yenidən Monteneqro millisinə çağırılıb.  

Bizim.Media xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 30 nəfərlik geniş heyətdə yer alıb.  

Baş məşqçi Miodraq Raduloviç ilkin heyətdə yer alan oyunçular arasında seçim aparacaq.

Yankoviçdən fərqli olaraq, zədədən yeni dönən müdafiəçi Marko Veşoviç bu dəfə yığmaya çağırılmayıb.  

Qeyd edək ki, Monteneqro millisi AVRO-2024-ün seçmə mərhələsinin son iki oyununda Litva (16 noyabr) və Macarıstanla (19 noyabr) qarşılaşacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO