Millətlər Liqası: Millimiz Monteneqro ilə matçda böyükhesablı qələbə qazanıb 

Millətlər Liqası: Millimiz Monteneqro ilə matçda böyükhesablı qələbə qazanıb 

Hazırda oxunan: Millətlər Liqası: Millimiz Monteneqro ilə matçda böyükhesablı qələbə qazanıb 

162316

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb. 

Bizim.Media xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü turda Monteneqro yığmasını qəbul edib. 

“Dalğa Arena”da keçirilən matç Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlaq, 84-cü dəqiqədə Aytac Şərifova vurublar. 
Qeyd edək ki, üç turdan sonra aktivində 10 xalı olan Azərbaycan millisi hazırda qrup lideridir. Monteneqro seçməsi isə altı xalla ikinci pillədə yer alıb.

Qarşılaşma Azərbaycan yığmasının liderliyini qoruyub saxlaması baxımından da əhəmiyyətli idi. Milli komanda Monteneqrodakı matçda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO