“Sumqayıt”-“Qəbələ” oyununda qolsuz heç-heçə

“Sumqayıt”-“Qəbələ” oyununda qolsuz heç-heçə

Hazırda oxunan: “Sumqayıt”-“Qəbələ” oyununda qolsuz heç-heçə

162034

Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün ilk oyununda “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib.

Tərəflər bu matçdan qolsuz ayrılıblar. Günün digər matçı “Neftçi” ilə “Sabah” arasında baş tutacaq.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Zirə” – “Səbail” matçında qalib müəyyənləşməyib – 2:2. “Turan Tovuz” isə evdə “Kəpəz”ə 4 cavabsız qolla qalib gəlib. “Araz-Naxçıvan” – “Qarabağ” görüşü sabah keçiriləcək.

Misli Premyer Liqası

11-ci tur

29 oktyabr

“Sumqayıt” – “Qəbələ” 0:0

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev

“Kapital Bank Arena”, 16:00.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO