\

\"Xarı Bülbül Şuşa” avrokubokda növbəti mərhələyə yüksəlib

Hazırda oxunan: \"Xarı Bülbül Şuşa” avrokubokda növbəti mərhələyə yüksəlib

161683

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” Çelenc kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb. 

Bizim.Media xəbər verir ki, Şuşa təmsilçisinin 1/32 finalda rəqibi Slovakiyanın “TJ Spartak MYJAVA” klubu olub.  

Bu gün komandalar arasında cavab oyunu keçirilib. Dünən 3:0 hesabı ilə qələbə qazanan dübutant bu dəfə də rəqibini məğlub edib (3:1). Bu qələbələrlə təmsilçimiz 1/16 finala yüksəlib. 

Növbəti mərhələdə “Xarı Bülbül Şuşa” Yunanıstanın “Panathinaikos ATHENS” klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq.

Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.  

Çelenc kuboku 1/32 final mərhələsi 26 oktyabr (2-ci oyun) “TJ SPARTAK MYJAVA” - “Xarı Bülbül Şuşa” 1:3 (22:25, 25:22, 21:25, 21:25) (1-ci oyun) “Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA” 3:0 (25:23, 25:21, 27:25) 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO