"İlk hissəni rəqib yaxşı oynadı. Layiqli şəkildə qol vurdular. İkinci hissəyə görə futbolçulara iradım yoxdur. Fasilədən sonra oynamağa başladıq. Məğlubiyyətə görə özümüz günahkarıq. Əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Rəqib rahat oynayırdı. Biz hesabı bərabərləşdirsəydik, onlar daha çox boşluqlar verəcəkdi".
Bizim.Media xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Misli Premyer Liqasının 2-ci turunda "Sumqayıt"la təxirə salınmış oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis futbolçular Kahim Parris və Jesse Sekidikanın kifayət qədər şans qazansa da, hələ uyğunlaşa bilməməsi ilə bağlı söyləyib:
"Heç kim haqda müsbət şərh verə bilmərəm. İmkanlarımızdan aşağı çıxış etdik".
M.Musayev bu görüşdə də qırmızı vərəqə alması ilə bağlı vurğulayıb:
"Məncə, məndən daha çox onların özləri ilə bağlıdır. Emosiya göstərdiyim üçün qırmızı vərəqə göstərirlər".
Bizim.Media
- A-
- A
- A+
İdman
06:17 / 26.10.2023
Murad Musayev: "Heç kim haqda müsbət şərh verə bilmərəm"
Hazırda oxunan: Murad Musayev: "Heç kim haqda müsbət şərh verə bilmərəm"
Hazırda oxunan: Murad Musayev: "Heç kim haqda müsbət şərh verə bilmərəm"
161536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.