"Sabah" 7 oyundan sonra qalib gəldi, "Kəpəz" "Zirə" ilə heç-heçə etdi

Hazırda oxunan: "Sabah" 7 oyundan sonra qalib gəldi, "Kəpəz" "Zirə" ilə heç-heçə etdi

160914

Misli Premyer Liqasında 10-cu tur davam edir. 

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə  2 matç keçirilib.  

Əvvəlcə "Kəpəz" "Zirə"ni qəbul edib və 0:0 hesablı bərabərə qalıb. "Zirə" bu nəticədən sonra 20 xalla 1-ci pilləyə yüksəlib. 2-ci pillədəki "Qarabağ"ın da 20 xalı var. 

Günün digər oyununda isə "Sumqayıt" "Sabah"ın qonağı olub və 1:3 hesabı ilə uduzub. Bununla da, "Sabah" ölkə çempionatında 7 matçdan sonra ilk dəfə qalib gəlib. 

Qeyd edək ki, tura sabah keçiriləcək 1 görüşlə yekun vurulacaq. 

21 oktyabr (şənbə) 

18:00. “Sabah” – “Sumqayıt” - 3:1  

Qollar: Suliman, 9 (0:1), Con İrasabal, 54 (1:1), Namik Ələskərov, 81 (2:1), Davit Volkov, 90+6 (3:1) 

Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu 

“Bank Respublika Arena” 

15:00. “Kəpəz” – “Zirə” - 0:0 

Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev 

Tovuz şəhər stadionu 

22 oktyabr (bazar) 

16:30. “Qəbələ”– “Araz-Naxçıvan” 

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev 

Qəbələ şəhər stadionu 

20 oktyabr (cümə) 

“Səbail” – “Neftçi” - 2:4 

“Turan Tovuz” – “Qarabağ” - 2:2  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO