Bu gün İstanbul derbisi var

Bu gün İstanbul derbisi var

Hazırda oxunan: Bu gün İstanbul derbisi var

160894

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılacaq. 

Bizim.Media xəbər verir ki, 9-cu turda "Qalatasaray" evdə "Beşiktaş"ı qəbul edəcək. 

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək. 

Bu komandalar arasında keçirilən son matçda "qara qartallar" evdə "aslanlar"a 3:1 hesabı ilə qalib gəliblər.  

Ötən tur isə "Qalatasaray" səfərdə "Antalyaspor"u məğlub edib (2:0), "Beşiktaş" öz meydanında "İstanbulspor"dan üstün olub (2:0). 

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" 22 xalla 2-ci, "Beşiktaş" isə 16 xalla 4-cüdür.  

Türkiyə Superliqası, 9-cu tur 

20:00. "Qalatasaray" - "Beşiktaş" 

Baş hakim: Halil Umut Meler 

"Rams Qlobal Stadionu" 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO