“Kəpəz” daha bir legionerlə müqavilə bağladı

“Kəpəz” daha bir legionerlə müqavilə bağladı

Hazırda oxunan: “Kəpəz” daha bir legionerlə müqavilə bağladı

159875

“Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.  

Bizim.Media xəbər verir ki, Adama Niane bu klubun şərəfini qoruyacaq.  

Hücumçu mövqeyində oynayan Niane ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Malili forvardın son klubu İranın “Nassaji” komandası olub.  

Daha çox Fransa və Belçika çempionatlarında top qovan Adama “Nant”, “Trua”, “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda çıxış edib. Adama Niane 7 oyunda Mali yığmasının da formasını geyinib. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO