El-Şaaravi 2 ildən çox müddətdən sonra milliyə dəvət aldı

El-Şaaravi 2 ildən çox müddətdən sonra milliyə dəvət aldı

Hazırda oxunan: El-Şaaravi 2 ildən çox müddətdən sonra milliyə dəvət aldı

159747

“Roma”nın hücumçusu Stefan El Şaaravi iki ildən artıq müddətdən sonra ilk dəfə İtaliya millisinə çağırılıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, yığmanın Avro-2024-ün seçmə mərhələsində Malta və İngiltərəyə qarşı oyunları üçün milliyə dəvət alıb.   

30 yaşlı futbolçu Sandro Tonali və Nikolo Zaniolo mərc qaydalarını pozmaqda şübhəli bilinən oyunçularla bağlı aparılan araşdırmalar fonunda evə göndərildikdən sonra çağırılıb. Federiko Kyeza da zədə səbəbindən millidən ayrılıb. 

El Şaaravi İtaliya yığmasında 29 oyunda 6 qol vurub. Futbolçu 2021-ci ilin martından indiyə kimi milli komandada oynamayıb.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO