DÇ-2024: Azərbaycan millisi səfərdə Qazaxıstanla qarşılaşacaq

DÇ-2024: Azərbaycan millisi səfərdə Qazaxıstanla qarşılaşacaq

Hazırda oxunan: DÇ-2024: Azərbaycan millisi səfərdə Qazaxıstanla qarşılaşacaq

159308

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla qarşılaşacaq.

Beş gün əvvəl Bakıda rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri bu dəfə səfər matçına çıxacaqlar.

Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.
Hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO