Millinin futbolçuları bu gün bir araya gələcəklər

Millinin futbolçuları bu gün bir araya gələcəklər

Hazırda oxunan: Millinin futbolçuları bu gün bir araya gələcəklər

158994

AVRO-2024-ün seçmə mərhələsində səfərdə Estoniya, evdə isə Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin üzvləri bu gün bir araya gələcəklər.

Bizim.Media xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli report.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, futbolçular "Dalğa Arena"da hazırlıq keçəcəklər.

İsveçin “Yurqorden” klubundan komandaya cəlb edilən Musa Qurbanlı birbaşa Estoniyaya gedəcək. Digər legionerlərin hamısı sabah Bakıda məşqdə iştirak edəcəklər.
Milli oktyabrın 11-də, saat 15:00-da çarter reysi ilə səfərə yollanacaq və 14-də Vətənə qayıdacaq.

Qeyd edək ki, oktyabrın 13-də Estoniyanın qonağı olacaq yığma bundan üç gün sonra doğma meydanda Avstriyanı qəbul edəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO