"Neftçi" Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Bizim.Media xəbər verir ki, "Ağ-qaralar" bu matçda aparıcı oyunçularından olan Emin Mahmudovu da itirib.
Belə ki, 31 yaşlı yarımmüdafiəçi sarı vərəqə alaraq cəzalı duruma düşüb. Kapitan mövsüm ərzində 4-cü sarı vərəqəni görüb.
Təcrübəli futbolçu daha əvvəl "Kəpəz" (0:1), "Araz-Naxçıva" (0:1) və "Zirə" ilə matçda (1:1) da cəzalandırılmışdı. Emin Mahmudov Premyer Liqanın 9-cu turunun "Səbail"lə oyununda komandasına kömək edə bilməyəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:24 / 09.10.2023
“Neftçi”də CİDDİ İTKİ: Kapitan “Səbail”ə qarşı oynamayacaq
Hazırda oxunan: “Neftçi”də CİDDİ İTKİ: Kapitan “Səbail”ə qarşı oynamayacaq
Hazırda oxunan: “Neftçi”də CİDDİ İTKİ: Kapitan “Səbail”ə qarşı oynamayacaq
158983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.