"Hər iki komanda çox istəkli idi".
Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis yaxşı oyun sərgilədikləri üçün hər iki kollektivə təşəkkür edib: "Futbolçularıma da ayrıca minnətdaram. Oyundan qopmadılar, bütün fikirləri qarşılaşmada oldu. Vacib görüş idi. Dövrəni qələbə ilə başa vurmaq istəyirdik. Bu da alındı. Belə stadionda oynamaq həmişə mən və futbolçular üçün çox xoşdur. Burada yaxşı atmosfer olur".
Qurbanov bəzi oyunçularda yorğunluğun hiss edildiyini vurğulayıb:
"Bir az narahatlığım var idi. Avrokubok matçını Bakıda oynasaydıq, daha rahat olardı. Bütün gecəni yolda olduq. Belə qarşılaşmalarda xarakter lazımdır. Futbolçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə çatıb. Sonadək dinamikanı saxladılar. Yorğunluğa baxmayaraq xarakter göstərdilər".
Bizim.Media
- A-
- A
- A+
İdman
04:40 / 09.10.2023
Qurban Qurbanov "Neftçi" ilə matçdan danışdı
Hazırda oxunan: Qurban Qurbanov "Neftçi" ilə matçdan danışdı
Hazırda oxunan: Qurban Qurbanov "Neftçi" ilə matçdan danışdı
158934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.