Ronaldonun komandası xal itirdi

Ronaldonun komandası xal itirdi

Hazırda oxunan: Ronaldonun komandası xal itirdi

158701

Ərəbistan Liqasında 9-cu turunda "Əl-Nəsr" - "Əbha" görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, matç "Əl-Əvvəl Park" stadionunda oynanılıb. Qarşılaşmada 2:2 hesabı qeydə alınıb. 

Üçüncü dəqiqədə "Əl-Nəsr"in yarımmüdafiəçisi Otavio hesabı açıb. 28-ci dəqiqədə braziliyalı hücumçu Anderson Taliska fərqi artırıb. 36-cı dəqiqədə “Əbha” hesabda fərqi azaldıb, Sad Bquir penaltini qola çevirib. 

Görüşün son dəqiqələrinə kimi Kriştiano Ronaldonun komandası minimal üstünlüyü qoruyub saxlasa da, 90+2-ci dəqiqədə Karl Toko Ekambinin dəqiq zərbəsi "Əbha"nı məğlubiyyətdən xilas edib
9 turdan sonra “Əl-Nəsr” 19 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü yerə yüksəlib. “Əbha” 7 xalla 15-ci pillədədir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO