Klopp:

Klopp: "Tottenhem"lə matç təkrar oynanılmalıdır"

Hazırda oxunan: Klopp: "Tottenhem"lə matç təkrar oynanılmalıdır"

158389

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 7-ci turunda "Tottenhem"ə qarşı matçda (1:2) təmiz qollarının qeydə alınmaması barədə danışıb. 

Bizim.Media "The Athletic"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu görüşün təkrar keçirilməli olduğunu deyib:  

"Mən bunu "Liverpul"un baş məşqçisi kimi deyil, bir futbol adamı kimi deyirəm. Bu matç təkrar oynanılmalıdır. Xatırladığım qədər, indiyə qədər belə bir şey olmayıb. Ona görə də, mənim fikrimcə, təkrar oyun olmalıdır”. 

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunda "Tottenhem"in "Liverpul"la qarşılaşmasında Mersisayd təmsilçisinin futbolçusu Luis Diazın vurduğu təmiz qol matçın baş hakimi tərəfindən nəzərə alınmayıb. VAR sistemi onu müəyyən etməyə kömək etməli idi, lakin qərara müdaxilə edilməyib.  
Görüşdən sonra hakimlər səhvə görə üzr istəyib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO