Qurban Qurbanov:

Qurban Qurbanov: "Hekken" istənilən rəqiblə görüşdə yaxşı nəticə əldə edə bilir"

Hazırda oxunan: Qurban Qurbanov: "Hekken" istənilən rəqiblə görüşdə yaxşı nəticə əldə edə bilir"

158206

"Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. "Hekken"in öz xüsusi oyun üslubları var. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik. Vaxtımız var". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin "Hekken" klubu ilə oyun üçün səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, "Hekken"in ilk oyunda "Bayer"ə 0:4 hesabı ilə məğlub olması bu komandanın autsayder olması demək deyil:

"Məndə belə bir fikir formalaşmayıb. Səfərdə "Bayer"ə qarşı oynayırdılar. Qrupda dəfələrlə belə hallar olub, ilk oyunda məğlub olan komandalar daha sonra yaxşı nəticələr əldə edir. "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir. Qarşıda oyunlarımız çoxdur. "Hekken"lə qarşılaşma bizim üçün vacib matçlardan biridir". 

Q.Qurbanov heyətlə bağlı problemlərin olduğunu bildirib:

"Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica düzdür komanda ilə məşqlərə başlayıb, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır". 

Qeyd edək ki, oktyabrın 5-i  oynanılacaq “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO