Basketbol üzrə Azərbaycan çempionatının başlama tarixi müəyyənləşdi

Basketbol üzrə Azərbaycan çempionatının başlama tarixi müəyyənləşdi

Hazırda oxunan: Basketbol üzrə Azərbaycan çempionatının başlama tarixi müəyyənləşdi

157869

Azərbaycan Basketbol Liqasında 2023/24 mövsümünün başlama vaxtı dəqiqləşib.

Bizim.Media xəbər verir ki, yarış oktyabrın 22-də start götürəcək.

Yeni mövsümdə 10 komanda çempionluq uğrunda mübarizə aparacaq. Bunlar “Sabah”, NTD INDIGO (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Şəki”, “Cəlilabad”, “Xəzri” və “Sumqayıt” klublarıdır. Yeni mövsümdə “Cəlilabad”, “Xəzri” və “Sumqayıt” debüt edəcək.

Çempionatın reqlamentinə əsasən, ilk mərhələ 2 dövrədən ibarət olacaq. Ardınca mübarizəni “8-lik” davam etdirəcək. Daha 1 dövrədən sonra axırıncı 2 klub yarışla vidalaşacaq. “Altılıq”da ilk 2 pillənin sahibi birbaşa yarımfinala yüksələcək. Digər 4 komanda daha 2 yarımfinalçını müəyyənləşdirəcək. 
Qeyd edək ki, gərgin keçən ötən mövsümü “Sabah” çempion kimi başa vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO