Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

Hazırda oxunan: Azərbaycanın FIFA referisi Fransa klubunun oyununu idarə edəcək

157714

Azərbaycan daha bir FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Bizim.Media xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin II turunda iş başında olacaq.

Məsiyev Farer adalarında yerli “Ki Klaksvik” və Fransanın “Lill” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Qeyd edək ki, oktyabrın 5-də Torshavnda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Xatırladaq ki, digər FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO